18 Nisan 2013 Perşembe

Xəzər Lənkəran"dan Kamrana cavab: "Kiməsə böhtan atmaq anormallıqdır"



Hüseyn Cəbrayıloğlu: "Niyə Anar Salmanovun dünənki idarəçiliyindən yazmırlar? "



“Birincisi Elnur millidə oynayıb. Əgər o narkoman idisə, necə ola bilərdi ki, oynasın? Hər hansı narkoman 90 dəqiqə meydanda necə mübarizə apara bilər? Əgər doğurdan da Elnur narkoman idisə, Kamran Ağayev “Xəzər Lənkəran”da kapitan olanda bu barədə klub rəhbərliyinə niyə məlumat verməyib, ölçü götürməyib?”.

Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib. Klub rəsmisi iki futbolçu arasında hər hansı bir oyunda insidentin olmasını nomral sayıb:


“Hər hansı prinsipal oyunda belə insidentin olması normaldır. Amma kiməsə böhtan atmaq anormallıqdır. Elnur Allahverdiyev haqqında Kamranın bu sözləri böhtandır. Millidə oynayarkən Elnur bir neçə dopinq testindən keçib. Əgər belə bir şey olsaydı, o millidə oynamazdı. Mən elə bir müdafiəçi tanımıram ki, Elnur kimi çıxıb 90 dəqiqə fiziki cəhətdən meydanda belə oynasın.

Bir də bütün mətbuat Kamran və Elnurun üstünə düşüb. Niyə Anar Salmanovun dünənki idarəçiliyindən yazmırlar?".