Yeni Transferimiz Haqqında...

 Uğur Pamuk

1989-cu ildə Almaniyanın Bilefeld şəhərində anadan olan hücumçu “Arminiya” klubunun yetirməsidir. Karyerasına bu komandada başlayan Pamuk 2007/08 mövsümünü Bilefeld təmsilçisində keçirib.

2008-ci ilin yayında aşağı dəstə təmsilçisi “TuS Dornberq”ə keçən hücumçu 3,5 mövsüm bu komandada oynayıb. Həmin klubdakı sonuncu 2011/12 mövsümünün ilk yarısında Uğur Azərbaycana transfer olunub.

2012-ci ilin yanvarından Uğur “Sumqayıt”ın şərəfini qoruyub. Həmin ildə 3 dəfə Berti Foqts tərəfindən Azərbaycan milli komandasına çağırılıb.
___________________________________________________________________________________

Marin Orsuliç

"Xəzər Lənkəran" Futbol Klubu heyətinə yeni futbolçu cəlb edib. Xorvatiyalı Marin Orsuliçlə klubumuz 2 illik müqavilə imzalayıb. Orsuliç komandamızda dayaq yarımmüdafiəçisi mövqeyində oynayacaq.  

25 yaşlı Marinin son oynadığı klub NK Zaqreb futbol klubu olub. O, bu klubun şərəfini 2005-ci ildən qoruyub.
___________________________________________________________________________________

Gökhan Güleç

“Xəzər Lənkəran” qış transfer pəncərəsinin açılması ərəfəsində ilk transferini reallaşdırıb. Klub bu gün türkiyəli Gökhan Güleçlə 2 illik müqavilə imzalayıb.

“Beşiktaş”ın sabiq futbolçusunun son klubu “Şanlıurfaspor” klubu olub. Peşəkar futbol kariyerasına 2003-cü ildə “İnegölspor”da başlayan 27 yaşlı hücumçu daha sonra “Qaziantepspor” (2004-05, 17 oyun, 4 qol), “Beşiktaş” (2005-07, 35 oyun, 8 qol), “Dənizlispor” (2007-08, 13 oyun, 1 qol), “Bursaspor” (2008-09, 28 oyun, 6 qol), “Kasımpaşa” (2009-2012, 28 oyun, 7 qol) klublarında oynayıb. Türkiyənin 20 yaşlılardan (10 oyun) və 21 yaşlılardan (6 oyun) ibarət yığma komandalarında çıxış edən futbolçu bu qarşılaşmalarda qapılardan 4 qol keçirib. Bundan başqa, futbolçu “Beşiktaş”la 2005 və 2006-cı illərdə Türkiyə Kubokunu, 2005-ci ildə isə Türkiyə Super Kubokunu qazanıb.
___________________________________________________________________________________
 

Alvaro Silva Linares

“Xəzər Lənkəran” növbəti transferini rəsmiləşdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “ağ-yaşıllar” ispan futbolçu Alvaro Silva Linareslə 1,5 illik müqavilə imzalayıb.
28 yaşlı Alvaro Anatalyada komandanın düşərgəsinə baxışa gələn ilk futbolçulardandı. Bu müddət ərzində keçirilən məşqlərdə və onun iştirak etdiyi 1 yoldaşlıq oyununda ispan futbolçu özünü kifayət qədər etibarlı müdafiəçi kimi göstərə bilib.

Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın “Malaqa”, daha sonra icarə əsasında “Xerez”də, 2009-2011-ci illərdə İspaniyanın “Kadiz”də və 2011-2012-ci illərdə Rumıniyanın “Petrolul” klubunda oynayıb. Alvaro Silva Linaresin son çıxış etdiyi klub İspaniyanın “Xerez” klubu olub.
___________________________________________________________________________________



Toni Doblas Santana 

Klubumuz 32 yaşlı ispaniyalı qapıçı Antonio (Toni) Doblas Santana ilə 1,5 illik müqavilə imzaladı.
1,85 m. boya malik olan Toninin çıxış etdiyi son klub “Xeres” olub. O, bu kluba məxsus olduğu “Saraqosa”dan icarəyə verilmişdi.



Doblasın peşəkar futbolçu karyerası 1999-cu ildə hələ yeniyetmə yaşında oynadığı “Betis” klubundan başlayıb. O, bu komandanın əvəzedici heyətində 4 mövsüm keçirərək, daha sonra həmin klubun əsas heyətində oynamağa başlayıb. 2003-cü ildə Toni bir mövsümlük “Xeres” klubuna icarəyə verilib. 2008-ci ildə isə Saraqosa klubuna keçib. Burada 1 mövsüm oynayandan sonra Doblas “Hueska” klubuna transfer olunub, lakin mövsüm başa çatan kimi yenidən “Saraqosa”ya qayıdıb. Ötən (2011/12) mövsümünü Toni “Saraqosa” nın futbolçusu olaraq icarə əsasında “Xeres”də keçirib.
___________________________________________________________________________________

 
Lusiano Esteban Olquinin ilə 1,5 illik müqavilə imzalanıb.
Ötən ilin martında müqavilə bağladığı bu komandada 15 oyun keçirən Lusiano 2010-cu ildən Çində oynayır. Belə ki, 2010/11 mövsümündə Superliqada “Tyanjin” klubunda 34 matçda 15 qol vurub.

1,88 metr boya malik Olquin peşəkar karyerasına 2004-cü ildə başlayıb və ilk vaxtlar vətənində “Rasinq” (2004-cü il, 2 oyun), “San Martin” (2004-cü il, 4 oyun) klubunda forma geyib.

2005-ci ildən legioner həyatına başlayan hücumçu Belçikada “Royal Antverp”də (2005-08-ci illər, 54 oyun, 18 qol) və “Beveren”də (2008-09, 24 oyun, 9 qol), Yunanıstanda “Pyerikos”da (2009-10, 25 oyun, 6 qol) oynayıb.