1 Nisan 2013 Pazartesi

Mübariz Mənsimov “Xəzər Lənkəran”a 7 ulduz futbolçu gətirir EKSKLÜZİV



Con Toşakı komandaya baş məşqçi gətirən "Xəzər Lənkəran”, təcrübəli mütəxəssisə əla futbolçu ehtiyatı da vermək fikrindədir.

Gələn il 10 yaşını qeyd edəcək cənub klubunun prezidenti Mübariz Mənsimov, bunun üçün pul kisəsinin ağzını açıb. Yay transfer dövründə komandaya gətirilməsi gözlənilən futbolçuların adları bunu deməyə əsas verir.
"Xəzər Lənkəran”ın transfer siyahısında dünyaca məşhur futbolçular var. Qolkiper problemini "Trabzonspor”un çərçivə qoruyucusu Onur Kıvrakla aradan qaldırmaq niyyətində olan "ağ-yaşıllar”, müdafiəyə Çempionlar Liqasının 1/4 finalçısı "Qalatasaray”ın mərkəz müdafiəçiləri Tomas Uyfaluşi və Gökhan Zanı gətirmək istəyir. Deyilənə görə, Terimin komandasında əsas heyətə düşə bilməyən bu futbolçularla danışıqlar aparılıb və bötün detallarda razılıq əldə olunub.
Yarımmüdafiə xəttinə məşhur argentinalılar Fernando Kavenaqi və Xuan Ramon Rikelme, üstəlik, standart zərbələrin mahir ifaçısı sayılan braziliyalı Juninyo Pernambukano da lənkəranlıların dəvətini qəbul edib.
Hücum xətti isə hazırda Moskva "Dinamo”sunun şərəfini qoruyan alman Kevin Kuranyinin hesabına gücləndiriləcək. ("Futbol+” qəzeti)