4 Nisan 2013 Perşembe

“Xəzər Lənkəran”da yeni rekordçu



Orxan Sadıqlı “Xəzər Lənkəran”ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. Apasport.az-ın klubun məlumatına görə, o, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb.


Bu isə Orxanın mövsümdə 2-ci belə uğuru olub. Gənc istedad ötən il dekabrın 14-də XVII turun “Neftçi” ilə matçında da belə uğura nail olmuşdu. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılmışdı.

Komandanın 9 illik tarixində daha 2 qapıçı – Kamran Ağayev və Dmitri Kramarenko da Orxan kimi 2 dəfə 11 metrlik zərbə zamanı dueldən qalib ayrılıb. Lakin onların heç biri eyni mövsümdə və eyni yarışda buna nail olmayıb. Hər iki uğuru çempionatda olan Ağayev 2006/07 və 2011/12 mövsümlərində buna sevinib. 2007/08 mövsümündə 2 uğuru olan Kramarenko isə 1 dəfə çempionat, 1 dəfə kubokda rəqiblə duelin qalibi olub.

Hərəyə 2 dəfə penalti buraxmayan bu 3 qapıçıdan başqa Aleksandr Martyoşkinin də belə nəticəsi var. Ümumilikdə isə komandanın 6 qapıçısı 27 penaltidən 20-ni buraxıb, 7-dən qalib ayrılıb: Kamran Ağayev – 13 (2-si qeyri-dəqiq), Dmitri Kramarenko – 6 (2), Aleksandr Martyoşkin – 4 (1), Orxan Sadıqlı – 2 (2), Antonio Doblas, Kamal Bayramov – hərəsi 1.