8 Mayıs 2013 Çarşamba

Con Toşak minimal hesablı qələbədən danışdı



“Heyətlə bağlı müəyyən çətinliyimiz var, 7-8 futbolçumuz zədə səbəbindən bu oyunda komandaya kömək edə bilmədi".


Sportal.az xəbər verir ki, bu sözləri  Azərbaycan Premyer Liqasının 30-cu turunda "Turan"ı evdə 1:0 hesabı ilə məğlub edən “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak deyib. Zədəli futbolçularından danışan təcrübəli mütəxəssis sözlərini belə tamamlayıb:

 “Turan” bu gün 1 xal da qazana bilərdi. Mövsümün sonunda futbolçuların yorğun olması da özünü göstərir”.