25 Mart 2013 Pazartesi

Andrey Arşavin Xəzər Lənkəranda Oynaya Bilər...



Rusiyanın ən tanınmış futbolçularından biri, hazırda İngiltərənin “Arsenal” klubuna məxsus Andrey Arşavin karyerasını Azərbaycanda davam etdirə bilər. Azerisport.az xəbər verir ki, bu barədə qonşu ölkənin “İzvestiya” nəşri iddia yayıb.


Məlumatda bildirilir ki, Arşavinə Azərbaycanla yanaşı Avstraliyada da maraq göstərirlər. 31 yaşlı futbolçuya təkcə komandanı gücləndirəcək oyunçu kimi yox, həm də gedəcəyi ölkədə futbola marağı artıracaq fiqur gözü ilə baxıldığı qeyd olunur.

Azərbaycanın ən varlı klublarından biri olan “Xəzər Lənkəran”ın nümayəndəsi Yalçın Əliyev “İzvestiya”nın sualına diplomatik cavab verərək, Arşavinin yerli çempionatda peyda olacağı halda buna təəccüblənməyəcəklərini vurğulayıb: “Ümumiyyətlə, hazırda Arşavin kimi futbolçunu qane edəcək pulu ödəyə bilən yalnız dörd klub var. Bunlar “Neftçi”, “Bakı”, “Qəbələ” və “Xəzər Lənkəran”dı. Komandamıza yeni – Con Toşak kimi tanınmış baş məşqçi gəlib. Hazırda o, komandanı öyrənməklə məşğuldu. Hansı futbolçularla güclənməyimiz lazım olduğuna bundan sonra qərar verəcək”.