23 Mart 2013 Cumartesi

O, fanatları unutmaq olar?! MÜSAHİBƏ



"Xəzər Lənkəran"nın və Bakı "İnter"inin sabiq futbolçusu Dieqo Souzanın Sporttime.az saytına müsahibəsi



-Salam Deiqo sizi Azərbaycandan narahat edirik.İcazə versəz sizə bir neçə sual vermək istəyirəm.
-Salam buyurun.
.
-Hal-hazırda hansı klubda çıxış edirsən.?
-Braziliyada "Kampeonate Minero" klubunda çıxış edirəm.
.
-Müqavilən nə vaxt bitir?yenidən Azərbaycana qayıtmaq fikrin var?
-Klubumla müqaviləm yayda bitir.Azərbaycanı çox sevirəm , orda oynamaq mənim üçün çox xoşdur.Əlbəttə qayıtmaq istəyərəm."Xəzər Lənkəran"a və yaxud başqa iddialı kluba.
.
-Xəbərin var? "Xəzər Lənkəran baş məşqçi postuna dünyaca tanınmış Con Benjamin Toşakı gətirib.
-Aaa (təəcüblənir) doğurdan xəbərim yox idi.Bu ki, əladır,bir an öncə qayıtmaq istəyirəm Lənkərana (gülür).
.
-Azərbaycanda oynadığın dövürdə son illərdə əsas heyətə düşməkdə çətinlik çəkdin.Bunu nə ilə əlaqələndirirsən?
-Ağır zədə aldım "İnter" keçəndən sonrada ancaq zədəmi bərpa etmək üçün çalışırdım.Həqiqətən elə ağır zədə almışdım ki,fikirləşirdim görəsən futbola qayıda biləcəm?amma hazırda yaxşı formadayam və öz klubumda daimi olaraq oyunlara çıxıram.
.
-Vaxtı ikən "Xəzər Lənkəran"da birgə çıxış etdiyin,komanda yoldaşlarınla əlaqən var?
-Hə var amma o qədər də sıx əlaqəm yoxdur.
.
-Bilmək olar kimlərlə?
-Bəli.Mario Souza ilə ara bir danışırıq.
.
Son olaraq ürəy sözlərin.....
-Nə deyim?Azərbaycanda "Xəzər Lənkəran"da çox gözəl günlərim olub.O, fanatları unutmaq olar vauuu çılğın azarkeşlər, salamlarımı mütləq onlara çatdırın o azarkeşlərin ürəyimdə yeri ayrıdır."İnter"i də yaddan çıxarmaq olmaz onlarada burdan salamlarımı göndərirəm..Sağ olun hələlik..

Azər Axundlu