23 Mart 2013 Cumartesi

Böyük Başqan Ad Günün Mübarək!



"Palmali" Şirkətlər Qrupu və "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimov doğum gününü qeyd edib. Ötən gün Türkiyədə yaşayan azərbaycanlı iş adamı 45 yaşını tamamlayıb.



1968-ci il martın 22-də Masallı rayonunun Miyankü kəndində anadan olan, hərbi xidmətdən sonra iş həyatına atılan Mənsimovun 20 il sonra 3,5 milyard dollar dəyərində holdinqin sahibi olacağını heç kim ağlına gətirməzdi.

 Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən "Palmali" Şirkətlər Qrupunun sahibi vətəndaşı olduğu Türkiyənin ən zəngin adamları sırasında özünəməxsus yer tutur.
Bizdə  M.Mənsimovu təbrik edir, ona can sağlıqı,uzun ömür və  işlərində müvəffəqiyyətlər arzulayır.