22 Mart 2013 Cuma

LÜKSEMBURQ 0 - 0 AZƏRBAYCAN (YEKUN)




Bu gün Azərbaycan milli komandası 2013-cü ildə ilk rəsmi oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, millimiz 2014-cü il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lüksemburq yığmasının qonağı olacaq. Bununla da yığmamız rəqibi ilə seçmə mərhələdə ilk dəfə üzləşəcək. Bunadək Lüksembuqrla yalnız 1 dəfə - yoldaşlıq görüşündə oynayan komandamız elə burada 2:1 hesabı ilə qalib gəlib.


Keçirdiyi 4 oyunda 2 xal qazanan yığmamız qrup sonuncusu olan rəqibini 1 xal qabaqlayır. Hələ ki bu mərhələdə qalib gəlməyən milimiz ilk qələbəsini məhz autsayderlə oyunda qazanmağa şanslıdır. Buna nail olmağa çalışacaq Berti Foqtsun yetirmələri 4 gün sonra Bakıda Portuqaliyanı qəbul edəcəyindən, daha çətin sınaq qarşısında qalacaq.

22 mart
LÜKSEMBURQ - AZƏRBAYCAN - 0:0
Baş hakim: Padraigh Sutton
Hakim-köməkçiləri: Mark Gavin, Dermot Broughton, Neil Doyle (hamısı İrlandiya)
Hakim-inspektor: Marcel Vanelshocht (Belçika)
Komissar: Volfqanq Thierrichter (Avstriya)

Lüksemburq: 1. Jonatan Jobert, 4. Erik Hoffman, 5. Tom Şnell, 18. Yans Laurent, 19. Matias Yansen, 13. Aurelien Yoahim, 23. Stefano Bens, 9. Deniel Da Mota, 16. Kris Filips, 17. Mario Muts, 22. Lars Qerson
Ehtiyat oyunçular: 12. Mark Obervays, 2. Billi Bernard, 20. David Turpel, 21. Moris Devill, 15. Kevin Malhet, 3. Qi Blez, 7. Çarlz Lenek, 6. Rene Peters, 14. Tom Latersa, 8. Jill Bettmer

Baş məşqçi: Lük Holtz

Azərbaycan: 1. Kamran Ağayev, 3. Rasim Ramaldanov, 4. Mahir Şükürov, 6. Rəşad Sadiqov, 7. Vaqif Cavadov, 8. Pərdis Fərcad Azad, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 18. Maksim Medvedev, 22. Əfran İsmayılov
Ehtiyat oyunçular: 12. Anar Nəziri, 23. Səlahət Ağayev, 2. Bədavi Hüseynov, 5. Elnur Allahverdiyev, 9. Cihan Özkara, 10. Elvin Məmmədov, 13. Qara Qarayev, 16. Cavid Hüseynov, 17. Vüqar Nadirov, 19. Rahid Əmirquliyev, 20. Rüfət Dadaşov, 21. Vladimir Levin

Baş məşqçi: Berti Foqts

“Jozi Bartel” stadionunda keçiriləcək oyuna 1 saat 20 dəqiqə qalsa da, tribunalar tam boşdur. Artıq milli komandamız arenaya gəlib. Maraqlıdır ki, millimizin üzvləri qara kostyumda qazona daxil olaraq, onu yoxladılar. AFFA İcraiyyə Komitəsinin üzvləri – I vitse-prezident Rauf Əliyevlə veteran futbolçumuz İsgəndər Cavadov tribunada yer alıblar.

Millinin futbolçularından müdafiəçilər – Elhad Nəziri (“Petrolul”, Rumıniya), Vurğun Hüseynov (“Qəbələ”), İlkin Qırtımovun (“Simurq”) adı matçı protokoluna daxil edilməyindən, onlare mülki geyimdə tribanad matçı izləyəcək.

Foqts rəqibin zəifliyini və qələbənin vacibliyini nəzərə alaraq hücum futbolu taktikasına üstünlük verib. Belə ki, almaniyalı çalışdırıcı 2 hücumçu - Rauf Əliyevlə Pərdis Fərcad Azadı ilk dəqiqələrdən meydana buraxacaq. Vaqif Cavadov yarımmüdafiənin sol, Əfran İsmayılov sağ cinahından hücuma dəstək verəcək.

Millimizin əsas qapıçısı Kamran Ağayev uzun müddətdir oyun praktikası sarıdan korluq çəksə də, Foqt onun təcrübəsinə güvənərə qapına ona tapşırmağı qərara aldı. Rəşad Sadıqovla müdafiənin mərkəzində Ruslan Abışov çıxış edəcəyindən, sonuncu bu dəfə dayaq yarımmüdafiəçisi kimi oynamayacaq. Əvəzində Rasim Ramaldanov həmin mövqedə
Rəşad Sadiqovla birgə oynayacaq. Müdafiənin sol cihanında son oyunlarda olduğu kimi Maksim Medvedev, sağında isə Mahir Şükürov qərarlaşacaq.

İlk olaraq meydana bizimkilər, daha dəqiqi qapıçılarımız çıxdı. Ağayevlər millinin qapıçılarla işləyən məşqçiləri Uli Ştaynla Etibar Tarıverdiyevin rəhbərliyi altında hazırlaşır. Ardından sahə oyunçuları məşqilər Olaf Yansen və Nazim Süleymanovla birgə fiziki hərəkətlər etməyə başladılar. Artıq rəqib da oyun öncəsi məşqə çıxıb.

Lüksemburq qırmızı, millimiz isə göy geyimdə oynayacaq. Komandalar meydada daxil olur. Az sonra dövlət himləri səsləndiriləcək.

Topu oyuna rəqib daxil edir.
2-ci dəqiqə. Rəqibin sağ cinahdan asması dəqiq olmur.

5-ci dəqiqə. Müdafiədə inamsız oyun rəqibin hücum qurmağına imkan yaradır.

9-cu dəqiqə. Oyunda ilk künc zərbəsini biz vururuq. Sadıqovun uzun ötürməsindən sonra qapıçı irəli çıxaraq yumruqları ilə topu çıxarır.

12-ci dəqiqə. Əliyev az qala müdafiənin qapıçıya göndərdiyi topu ələ keçirib hesabı açacaqdı.

13-cü dəqiqə. Oyunda qapıya ilk zərbəmizi Vaqif vursa da, top qapıdan çox aralı keçir. Bu dəqiqələrdə stadionda Azərbaycan milli mahnı sədaları eşidirilir.

15-ci dəqiqə. Matçda ilk sarı vərəqəni ilk rəsmi oyununu keçirən Pərdis alır.

17-ci dəqiqə. Hesabı açnaq üçün yaxşı imkan qazandıq. Raufa qarşı qayda pozuntusuna görə cərimə zərbəsi yerinə yetirilir. Ancaq Ruslanın zərbəsi canlı cəddə dəyir.

18-ci dəqiqə. ASrdından Abışovun təhlükəli zərbəsini qapıçı dəf etdi.
Rəqibdə Mario da kobud oyuna görə sarı vərəqə alır.

20-ci dəqiqə. Oyunda ən real qol imkanı rəqibdə olur. Ancaq Kamran Yoahimin zərbəsinə gözəl reaksiya göstərrək, millimizi xilas edir. Növbəti hücunda Cavadov şansını qaçırır.

Bu dəqiqələrdə oyun daha meydanın bizə aid olan hissəsində gedir.

33-cü dəqiqə. Oyunda ən fəllardan olan, müdafiəyə də köməyə gələn Əfrana qarşı kobudluğa görə Yans sarı alır.

35-ci dəqiqə. Ağayev irəli çıxaraq topu tutmaqla rəqibin qol vurmağına imkan verir. Ardından İsmayılov cərimə meydanına dəqiq ötürmə verə bilmir.

38-ci dəqiqə. Müdafiədə növbəti səhvimizdən sonra Sadıqov təhlükəni sovuşdurur.

40-cı dəqiqə. Rəqib künc zərbəsindən sonra qol vurmaq imkanı qazansa da, Mahir topu küncə çıxarır.

43-cü dəqiqə. Pərdisin baş zərbəsindən sonra top dirəyə dəydi. Ardından hakim Mahiri yerə yıxmalarına penalti vermədi.

Hakim ilk hissəyə əlavə dəqiqə təyin etmir və komandalar fasiləyə yollanır.

İkinci hissə başladı.

48-ci dəqiqə. Raufun dəqiq zərbəsini qapımı küncə çıxardı.

60-cı dəqiqə. Əfranın zərbəsini təhlükəli alınır.Komandamızda ilk oyunçu dəyişikliyi oldu. Vüqar Nadirov Vaqifin yerinə meydana daxil oldu.

62-ci dəqiqə. Arıdıcıl kün zərbələrindən istifadə etmədik. Rəqib qapıçı Abışovla ƏLiyevin qol vurmalarına imkan vermədi.

Stadionda oyunu 1324 azarkeşin izlədiyi elan olundu. AFFA matça gələn hər bir həmyerlimizə minnətdarığını bildirir.

68-ci dəqiqə. Rəqibin əks-hücumu yaddaqalan olur. Rəqibdə ilk əvəzləmə Da motanın yerinə Laterza daxil olmağıdır.

72-ci dəqiqə. Rəqibin zərbəsinə Kamran reaksiya göstərir.

78-ci dəqiqə. Yansın zərbəsi tirin üstündən keçdi.

70-ci dəqiqə. Nadirovun əvvəlcə cərimə, ardından künc zərbəsi dəqiq olmadı. Pərdisinin yerinə digər hücumçu Cihan Özkara daxil oldu.

84-cü dəqiqə. Rəqib gözəl kombinasiyadan sonra qol şansından istifadə etmir. Ardından qapımız qarşısına daha bir təhlükəli olur.

87-ci dəqiqə. Millimizdə sonuncu dəyişiklik. Cavid Hüseynov Sadiqovun yerinə girdi.

İkinci hissəyə 3 dəqiqə əlavə olunur. Rəqibdə son 2 əvəzləmə.