22 Mart 2013 Cuma

Ad Günün Mübarək



Bu gün "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşakın 64 yaşı tamam olur.Sporttime.az xəbər verir ki, 1949-cu il 22 mart Uelsin Kardif şəhərində dünyaya gələn mütəxəssis öz doğum gününü ilk dəfə olaraq Azərbaycanda qeyd edir.
 Bizdə öz adımızdan  onu təbrik edirik,ona uzun ömür can sağlıqı,karyerasında uğurlar diləyirik.

Qeyd edək ki, Toşak müxtəlif vaxtlarda Madrid "Real"ı da daxil olmaqla, İspaniyanın bir neçə klubunda, İtaliyanın "Kataniya", Türkiyənin "Beşiktaş", eləcə də Uels və Makedoniya millilərində baş məşqçi işləyib. 


Xatırladaq ki, təcrübəli məşqçi martın 8-də "Xəzər Lənkəran"ın baş məşqçisi təyin olunub.