17 Mart 2013 Pazar

Con Toşakın Mətbuat Konfransı + Lənkəranda Azarkeşlər Tərəfindən Qarşılanması VİDEO


"Xəzər Lənkləra"nın yeni baş məşqçisi Con Benjamin Toşak bu gün mətbuat konfransı keçirib. Sportal.az tədbirdə baş verənləri, uelsli mütəxəssisin açıqlamalarını öz oxucularına təqdim edir:


"Mən hələ komandanı görməmişəm. Yeni oyunçular gətirmək üçün əvvəlcə "Xəzər lənkəran"ı görməliyəm. Azərbaycana gəlməyim üçün ilk təklifi "Beşiktaş"ın keçmiş prezidenti etdi. Məni Mübariz Mənsimovla tanış elədi. İstanbulda Mənsimovla görüşdüm. Təklif maraqlı oldu, gəldim. Bundan əvvəl iki dəfə Bakıda olmuşam".

"Futbolda öncədən nəsə demək çətindi. Burda uğur qazanıb-qazanmayacağımı zaman göstərəcək. Petrjelanı tanımıram. Futbolçulardan asılı taktika olacaq. Köməkçilərin qalıb-qalmayacağını deyə bilmərəm. Hələlik tək gəlmişəm. Burdakı vəziyyətlə tanış olandan sonra qərar verəcəm".

"Yeddi fərqli ölkədə çalışmışam. Hansı ölkədə olsam, əsasən yerli məşqçilərə üstünlük verirəm". "Məşqçi dəyişikliyi hər klubda olur. Makedoniyadan ayrılmağımın səbəbləri fərqlidi. "Xəzər Lənkəran"la Makedoniya arasında fərq var. Orda milli komanda idi, burda isə klubu çalışdıracam. Milli komandada işləmək fərqlidi. Makedoniyaya getməmişdən öncə danışmışdıq ki, orda qalmayacam. "Xəzər Lənkəran" variantı çıxanda isə dedim ki, ora getmək istəyirəm, maraqlı iş olacaq. Bir ara isə "Bursaspor" söhbəti çıxmışdı. Ancaq rəsmi təklif gəlməmişdi".

"Xəzər Lənkəran"ın futbolçuları milli komandaya FİFA və UEFA-nın qaydalarına əsasən gedəcəklər. Təbii ki, milli önəmlidi. Biz də ölkənin əsas komandasına kömək edəcəyik".

"Birinci dəfə deyil ki, ölkədən kənarda çalışıram. Bir az çətin olacaq. Amma mən bura öyrəşməliyəm. Bu, bir həftə içində olmayacaq. Zamana ehtiyac var. Mən yerli futbola öyrəşəcəm. Onlar da mənə".

"Foqts məşqçiləri Dubaya çağırsa, dəsmalımı da götürüb ora çimərliyə gedəcəm. Mən Dubaya getsəm. bəs klubu kim çalışdıracaq?! Belə şey görməmişəm, bir az qəribədi. Əgər gediriksə, siz jurnalistlər də gəlin. Açığı, mən lənkərana getmək üçün səbirsizlənirəm".

"Transfer xatirinə transfer etmirlər. Əvvəlcə komandadakı futbolçulara bələd olmaq istəyirəm. Yerli məhsul həmişə dadlıdırsa, gedib supermarketdən süni nəsə almağa ehtiyac yoxdu.Əvvəlcə yerli futbolçulara baxacam. Onların səviyyəsi yaxşı olsa, legioneri neyləyirəm. Gələcək legionerlər "Xəzər Lənkəran" üçün can qoyacaqlarsa, onlar qalacaqlar. Düşünürəm ki, hazırda komandada çoxlu legioner var. Belə olmamalıdı".



Məşhur mütəxəssisə coşqulu qarşılama

Xəbər verdiyimiz kimi, "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Con Benjamin Toşak bu gün Lənkərana yola düşüb. Sportal.az xəbər verir ki, uelsli mütəxəssis cənub bölgəsində böyük coşqu ilə qarşılanıb.

Həmin görüntüləri təqdim edirik: