20 Mart 2013 Çarşamba

Con Toşak Emin Quliyevlə birgə çalışmağa qərar verdi



“Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak köməkçilərini müəyyənləşdirib. Azerisport.az xəbər verir ki, uelsli mütəxəssis özünə iki əcnəbi köməkçi gətirəcək.


Əvvəlki məşqçilər korpusunda çalışan Emin Quliyev də Toşakın komandasında yer alacaq. Toşakın bütün köməkçilərinin adlarına aprel ayında aydınlıq gətirilməsi gözlənilir.

Qeyd edək ki, “Xəzər Lənkəran” Toşakın rəhbərliyi altında artıq iki məşqə çıxıb. Ona bu məşqlərdə məhz Emin Quliyev yardımçı olub.