4 Nisan 2013 Perşembe

Xəzər Lənkəran Bakıya yola düşdü



Dünən gündə iki dəfə olmaqla məşqlərini sürdürən “Xəzər Lənkəran” bu gün səhər məşqini də yekunlaşdıraraq Bakı şəhərinə yola düşüb.
Azerisport.az xəbər verir ki, sabah Bakıda “Dalğa Arena”da oyun öncəsi son məşqinə çıxacaq “Xəzər Lənkəran” bununla da “Kəpəz”lə matçın hazırlığını tamamlayacaq.

Hazırda komandanın heyətində zədəli oyunçu yoxdu və futbolçular Lənkərandakı bazadan Bakıya qələbə qazanmaq ruhu ilə yola düşüblər.