18 Nisan 2013 Perşembe

Roketa və Alviz "Xəzər Lənkəran"dan göndərildi EKSKLÜZİV



Lənkəran klubunda islahatlar başladı


"Xəzər Lənkəran"ın dünənki məğlubiyyəti rəhbərliyi islahatlar etməyə məcbur edib. Sportal.az xəbər verir ki, artıq komandadan iki nəfər göndərilib.

Belə ki, fiziki hazırlıq üzrə məşqçi Erik Roketa və yarımmüdafiəçi Roberto Alviz komandadan kənarlaşdırılıb. 

Xatırladaq ki, fiziki hazırlıq üzrə məşqçi Erik Roketa Yunis Hüseynovun vaxtında İspaniyadan "Xəzər Lənkəran"a gətirilmişdi. Yarımmüdafiəçi Roberto Alviz də məhz Hüseynovun zamanında "ağ yaşıllar"ın heyətinə cəlb olunmuşdu.