23 Nisan 2013 Salı

"Xəzər Lənkəran" rumın futbolçunu transfer etmək istəyir




Draqoşa görə 100 min dollar


“Xəzər Lənkəran” Rumıniyanın “Dinamo” (Buxarest) klubunun müdafiəçisi Draqoş Qriqoreni transfer etmək istəyib. Sportal.azxəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, onunla Çinin “Tyantsin Teda” klubu da maraqlanır. Həm Çin klubu, həm də “Xəzər Lənkəran” Qriqore üçün yarım illik icarəyə görə 100 min dollar təklif edib. Lakin Buxarest təmsilçisi hər iki klubun təklifindən imtina edib.

Qeyd edək ki, Draqoş hazırda “Dinamo”da heç də yaxşı günlərini yaşamır. O, son oyunlardakı səhvlərinə görə məşqçilər korpusu tərəfindən cəzalandırılıb.