24 Nisan 2013 Çarşamba

"Xəzər Lənkəran" - "Bakı" 2:0 VİDEO


Cənublular finalda

Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Xəzər Lənkəran" doğma azarkeşləri önündə "Bakı"nı 2:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 

Meydan sahiblərinin heyətində birinci hissənin sonunda Ağabala Ramazanov fərqlənib. Görüşün 81-ci dəqiqəsində isə Rahid Əmirquliyev ikinci qolu rəqib qapısından keçirib. 


Sportal.az həmin qarşılaşmadan hazırlanan videonu təqdim edir: