24 Nisan 2013 Çarşamba

Con Toşak: “Bakı” mərhələni hələ ilk oyunda uduzmuşdu



“Bizim üçün ağır oyun oldu. Komandamız əzmkarlıq göstərdi, sonacan vuruşdu”. Apasport.az saytının xəbərinə görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşaka məxsusdu.


Uelsli mütəxəssis ölkə kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Bakı” üzərində qələbə qazanmaqla, finala çıxdı. Oyun barədə danışan Toşak bildirib ki, 45-ci dəqiqədə qol vurmaları yerinə düşüb: “Vaxtında ilk qolu vurduq. Düşünürəm ki, “Bakı” mərhələni hələ ilk oyunda uduzmuşdu. Çünki həmin oyunda bizim bəxtimiz gətirdi. Onlar şanslarını boşa verdilər. Azarkeşlərə minnətdaram. Hiss etdik ki doğma divarlar arasında oynayırıq. Qələbədə onların da payı var”.

Xatırladaq ki, ilk oyunda 0:1 hesabı ilə uduzan “ağ-yaşıllar” cavab matçında qələbə qazanıb – 2:0.