26 Nisan 2013 Cuma

Kubokun finalı üçün püşk atıldı


28 may 2013-cü il tarixində keçiriləcək Azərbaycan kubokunun final oyununda nominal ev sahibi olacaq komanda müəyyənləşmişdir.
Peşəkar Futbol Liqasında “Neftçi” və “Xəzər Lənkəran” klublarının nümayəndələrinin iştirakı ilə keçirilmiş püşkatmaya əsasən “Neftçi” klubu Azərbaycan Kubokunun final oyununda nominal ev sahibi olacaq.

Azərbaycan Kubokunun final oyunu

28 may 2013-cü il (çərşənbə axşamı)

“Neftçi” – “Xəzər Lənkəran”
T. Bəhramov adına Respublika stadionu

MƏNBƏ: Pfl.az