28 Nisan 2013 Pazar

Con Toşak: “Kişilərin yeniyetmələrə qarşı” oyunu oldu



“Oyuna öz baxışımızdan yanaşsaq, 0:2 hesabı ilə məğlub olduğumuz üçün bəxtimiz gətirdi. Bu, bizim üçün limit idi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşaka məxsusdur.


Uelsli mütəxəssis Topaz Premyer Liqasının XXVIII turunda səfərdə AZAL-a 2:0 hesablı məğlubiyyəti dəyərləndirib: Bundan bir neçə gün öncə kubokda çətin oyun keçirdik. Elnur Allahverdiyevin meydandan qovulmasından sonra işimiz bir az da çətinləşdi. Heyətimizdəki 20 yaşlı gənc futbolçu səhər ordu sıralarından birbaşa oyuna gəlib. Lakin rəqibin heyətində Benouahi və Nildo kimi futbolçular ikinci hissədə meydana daxil oldular. Bu oyun, belə demək mümkünsə, “kişilərin yeniyetmələrə qarşı” oyunu oldu”.