28 Mart 2013 Perşembe

Xəzər Lənkərandan Andrey Arşavinə 120 000 manatlıq təklif!



İngiltərə mətbuatı: Rus futbolçu Azərbaycana gedir


Son vaxtlar Rusiya millisinin üzvü Andrey Arşavinin yayda Azərbaycana gələcəyi ilə bağlı dolaşan xəbərlərə daha biri əlavə olunub. Sportal.az xəbər verir ki, budəfəki iddia daha ciddidi.

Belə ki, İngiltərənin sayılıb-seçilən qəzetlərindən "Daily Mail" "Xəzər Lənkəran"ın ulduz futbolçuya təklif göndərdiiyini yazıb. Mətbu orqanın xəbərinə görə, cənubluların yeni baş məşqçisi Benjamin Toşak Arşavinin xidmətində maraqlıdı.

İngiltərənin "Metro" nəşri isə yazıb ki, Arşavin Avropada çox da tanınmayan klublardan birindən həftəsi 100 min avro funt-sterlinq (təqribən 120 min manat) olmaqla təklif alıb. Lakin o, klubun adını açıqlamayıb. Bununla belə, ölkə mətbuatı həmin klubun "Xəzər Lənkəran" olduğunu iddia edir.

Qeyd edək ki, yayda Arşavinin "Arsenal"la müqaviləsi başa çatacaq. London klubunda əsas heyətə düşə bilməyən hücumçunun mövsümün sonunda komandasını dəyişəcəyi dəqiqləşib.