28 Mart 2013 Perşembe

Xəzər Lənkəran: Mümkünsüz heç nə yoxdu



“Xəzər Lənkəran” İngiltərənin “Arsenal” klubunun rusiyalı yarımmüdafiəçisi Andrey Arşavini transfer etmək istəmələrinə dair xəbərlərə münasibət bildirib. Klubun mətbuat xidmətindən azerisport.az saytına verilən məlumatda bunlar bildirilir:


“Gələn il “Xəzər Lənkəran”ın 10 yaşı tamam olacaq. Komanda qarşısına Azərbaycan Kubokunu və çempionatını qazanmaq hədəfi qoyub. Avrokuboklarda da ciddi uğurlar qazanmaq istəyirik. Şübhəsiz ki, bütün bunlara nail olmaq üçün heyəti mütləq gücləndirməliyik. Arşavinin transferinə gəlincə, mümkünsüz heç nə yoxdu.