28 Mart 2013 Perşembe

"Xəzər Lənkəran"da dəyişiklik



Yalçın Əliyev postundan getdi


“Xəzər Lənkəran”da kadrd dəyişikliyi baş verib.Sportal.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev postunu tərk edib.

Artıq mətbuat xidmətinin yeni rəhbərinin kimliyi də bəllidi. Bundan sonra klubun media ilə əlaqələrinə lənkəranlı jurnalist Hüseyn Cəbrayıloğlu nəzarət edəcək.

“Xəzər Lənkəran”dan ayrılan Yalçın Əliyevin də yeni iş yeri müəyyənləşib. O, bundan sonra “İnterfaks-Azərbaycan İnformasiya Agentliyi”də çalışacaq və iqtisadi-sosial şöbəyə rəhbərlik edəcək.