“Xəzər Lənkəran”ın qapıçısı Toni Doblas cənub klubunda məşqlərinə
davam etməklə yanaşı, Azərbaycan dilini öyrənməyi də unutmur.
Azerisport.az xəbər
verir ki, sosial şəbəkələrdən birində mütəmadi olaraq doğma dilimizdə
“Sabahınız xeyir”, “Gecəniz xeyrə” və sair kimi ifadələri paylaşan ispaniyalı
legioner Azərbaycan dilinin çətinliyindən də danışıb:“Mən Azərbaycan dilini öyrənməyə davam edirəm. Baxmayaraq ki, bu, çox çətindi. Ancaq bu dildə danışmağa və başa düşməyə çalışıram”.