18 Mart 2013 Pazartesi

"Qarşımıza çempionluq və kuboku qazanmaq məqsədi qoymuşuq" MÜSAHİBƏ



“Xəzər-Lənkəran” futbol klubunun idman direktoru Babək Quliyev Sportarena.az saytına müsahibə verib. Sportal.az həmin müsahibəni təqdim edir:


- “Xəzər Lənkəran”ın yeni baş məşqçisi Con Benjamin Toşak komanda ilə tanış olubmu?
- Bəli, tanış oldu. Elə bu gün komandanın iki məşqi olub.

- Komanda ilə bağlı hansı fikirləri söyləyib?
- Düşünürəm ki, hələ fikir söyləməsi üçün çox tezdir. Çünki qarşı da iki tərəfli oyunlarımız var. Oyunlardan sonra  komanda haqqında fikirlərini yəqin ki, açıqlayacaq.

- Köməkçiləri nə zaman bilinəcək?
- Yaxın zamanda yəqin ki, Toşakın köməkçiləri bəlli olacaq. Hələ ki, məlum deyil.

-Köməkçilər yerli mütəxəssislər olacaq, yoxsa xarici?
-Yerli mütəxəssislərdən, Emin və Hafiz müəllim öz yerində qalacaq. Xarici məşqçilərlə bağlı isə hələ ki, bir versiyam yoxdur.

- Bəs yeni tranferlərlə bağlı  hansı fikirləri söyləyib?
- İnşallah tezliklə, bu barədə bütün ictimaiyyətə məlumat veriləcək. Çünki bizim bir prinsipimiz var.Biz qarşımıza bir məqsəd qoymuşuq: çempionluq və kubok.

- 2013/14 mövsümündən “altılıq” sisteminin ləğv olunması, komandaların sayının  da 12-dən 10-a endirilməsi, bir sözlə, formatın dəyişməsinə necə baxırsız?
-10 komanda ilə 4 dövrə oynanılmasına mən normal baxıram.Ümumiyyətlə, normalda qarşılanmalıdır. Çempionata maraq da artacaq. Oyunların səviyyəsi də qalxacaq.Buna baxmayaraq, istəməzdim ki, “Kəpəz”lə “Turan” kənarda qalsın.Ona görə ki, orda çox gözəl oyunçular var.Qərb zonasında bu oyunçuların ruhdan düşməsini istəməzdim.

- Yığmanın üzümüzə gələn oyunları barəsində nə deyə bilərsiniz?
- “Azərbaycan” yığma komandasının qələbə qazanması hamımızın arzusudur. Çox istəyirik ki, qələbə qazanaq . Hər oyunda udaq. Azərbaycan xalqını və biz futbol mütəxəssislərini sevindirsinlər.

- Sizcə,  neçə xal qazana bilərik bu oyunlardan.Yəni neçə xal məqbuldur?
- Məncə, 4 xal yaxşı sayıla bilər. 1 xal Portuqaliya ilə oyundan, 3 xalda Lüksemburqdan