"Xəzər Lənkəran"a yeni idman direktoru təyin
olunmuş Babək Quliyev bu gün komandanın uşaq futbol məktəbini gəzib və aşağı
yaş qruplarının komandalarının məşqlərinə baxıb.
Klub rəsmisi klubunun
gənclər inkişaf proqramının rəhbəri İlhan Akgüllə görüşüb. Quliyev gələcək
planlar haqqındda Akgüllə söhbət edib. Daha sonra klub rəsmisi əvəzedici
komandanın bu gün oyun keçirəcəyi staiona yollanıb. Quliyev "Xəzər Lənkəran"ən
əvəzedici komandasının "Sumqayıt"a qarşı keçirəcəyi oyunu izləyəcək.
Bu məlumatları Sportal.az-a açıqlamasında klub rəsmisi
özü də təsdiqləyib. Quliyev uşaq futbolu üçün yeni proqramların yaradılmasının
vacib olduğunu bildirib:
"Bu gün uşaq futbolu ilə maraqlnadım. Onların məşq
keçdiyi stadionları, qaldıqları yerləri gəzdim. İlhan Akgüllə görüşümüz oldu.
Uşaq futbolunun inkişaf etməsi yönündə əlimizdən gələni etməyə çalışacağıq.
Bunun üçün yeni proqramlar müəyyənləşdiriləcək. Çünki bu uşaqlar gələcəkdə
komandanın özəyini təşkil edəcəklər. Əsas komandaya xeyir verəcəklər. Bir azdan
əvəzedicilərimiz növbəti oyununu keçirəcək. Onların oyununu izləyəcəyəm
stadiondan".