2 Mart 2013 Cumartesi

Orxan Sadıqlı əvəzedici heyətə göndərildi



Dünən Lənkərana komanda ilə birgə klub rəhbərliyi də tam tərkibdə Lənkərana gəlib.
Əldə etdiyimiz məlumata görə “Rəvan”la ölkə kubokunun ilk görüşündə səhvlərlə yadda qalan qapıçı Orxan Sadıqlı cəzalandırılaraq əvəzedici heyətə göndərilib. Düzdür, dünənki məşqdə Sadıqlı əsas komanda ilə birgə məşq etsə də onun haqqında bu qərarın verildiyi dəqiqdir. Onun əvəzində isə əvəzedici heyətdə uğurlu çıxışı ilə diqqət çəkən 19 yaşlı Tərlan Qasımzadə əsas komandaya cəlb olunacaq. Daha bir maraqlı məqam da ispaniyalı qapıçı Toni Doblasla bağlıdır. Belə ki, Azərbaycan dilində lüğət gəzdirən Toni hər gün yeni bir söz öyrənməklə tezliklə Azərbaycan dilində sərbəst danışmağı qarşısına məqsəd qoyub.
Hüseyn Cəbrayıloğlu. MƏNBƏ: “Futbol+” qəzeti