2 Mart 2013 Cumartesi

Xəzərim Dualarımız Səninlədi!!!



Topaz Premyer Liqasında ötən ilin avqustun 4-də başlayan marafon final mərhələsinə yaxınlaşır. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək XXII turun oyunları ilə təsnifat mərhələsinə yekun vurulacaq. Bununla, “altılığ”ın bütün iştirakçıları bilinəcək və martın 11-də final mərhələsinin startı veriləcək.


Bütün oyunların eyni günə salındığı turda “altılığ”ın son vəsiqənin sahibinə aydınlıq gələcəyindən, ora düşməyə şansı olan hər 3 komandanın matçları eyni vaxtda başlayacaq. Özü də iddiaçılar – “Bakı”, “Xəzər Lənkəran” və AZAL ev oyunlarına çıxacaq.

Düzdür, “təyyarəçilər”in işi rəqiblərindən daha çətindir. Əvvəla, AZAL rəqiblərindən 1 xal geri qaldığından, özünün qalib gələcəyi, digərlərinin büdrəyəcəyi halda, 6-cı pilləyə yüksələ biləcək. Üstəlik, Vaqif Sadıqovun komandasının rəqibi “Bakı” və “Xəzər Lənkəran”la müqayisədə daha çətin – “altılığ”a düşən “Qəbələ”dir. Final mərhələsində mübarizə əvvəlki xallarla davam edəcəyindən, qəbələlilərə vəsiqə ilə arxayınlaşıb, mütləq nəticə qazanmaq lazımdır.

“Bakı” ilə “Xəzər Lənkəran” “altılığ”a düşə bilməyəcəkləri dəqiqləşən “Rəvan”la “Sumqayıt”ı qonaq edəcək. Ancaq digər tərəfdən, onlar rəqibləri ilə ilk dövrədə 1:1 hesablı bərabərliyə qalaraq, vacib xal itirdiklərindən, qətiyyən meydana rahat çıxmalı deyillər. Bakı və Lənkəran klubları eyni xala malik olduqlarından, turnir cədvəlində qonşudurlar. Sadəcə, “Bakı” şəxsi oyunlarda rəqibindən üstün olduğundan – səfərdə 1:1 hesablı heç-heçə, evdə 2:0 hesablı qələbə qazandığından, onu qabaqlayır.

Deməli, “zolaqlılar” qalib gələrsə, ən yaxın izləyicilərinin oyunlarının nəticəsindən asılı olmayaraq, “altılığ”a çıxacaq.

Bu matçlar vəsiqə baxımından nə qədər maraqlı olsa, tura yekun vuracaq “Qarabağ” – “İnter” matçı mərkəzi oyun sayılır. Axı turnir cədvəlində 2-ci və 3-cü pillədə gedən əyalət komandalarının mübarizəsi olacaq. Ötən tur “Neftçi”yə uduzan “İnter” yenə səfərdə çətin sınaq qarşısındadır.

“Neftçi”nin ən yaxın izləyicilərinin öz aralarındakı oyununda xal itkisi qaçılmaz olmağı onun işinə yarayacaq. Deməli, çempion qış fasiləsindən sonra məğlubiyyətləri sıralayan “Turan”a qalib gəlməklə həm liderliyini qoruyacaq, həm də xal fərqini daha artırmaq malikdir. Düzdür, “Qarabağ” 3 xal qazanmaqla “İnter”i şəxsi oyunlarda üstələyəcək. O, bu göstəricidə “Neftçi”ni artıq üstələdiyindən, rəqibi uduzacağı halda 1-ci pilləyə yüksələcək.

“Simurq” bir müddətlik qələbəsiz oyunlara son qoymalıdır. Hər halda, rəqib son pillədə gedən “Kəpəz” olduğundan, asan qalib gəlib xal ehtiyatını artırmaq imkanına malikdir.

3 mart

15:00. “Xəzər Lənkəran” – “Sumqayıt”
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:1
Oyuna Canlı Xəzər Lənkəran TV Də Canlı Baxa Nilərsiz. (OYUN HEÇ BİR TV KANALDA YAYIMLANMAYACAQ)

Digər Oyunlar.

14:00. “Kəpəz” – “Simurq”
Bakı. “Dalğa Arena” stadionu
İlk dövrədəki oyun – 1:2

15:00. “Bakı” – “Rəvan”
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu
İlk dövrədəki oyun – 1:1

15:00. AZAL – “Qəbələ”
Bakı. “AZAL Arena” stadionu
İlk dövrədəki oyun – 0:0

15:00. “Turan” – “Neftçi”
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
İlk dövrədəki oyun – 1:2

17:00. “Qarabağ” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyun – 1:1