8 Şubat 2013 Cuma

Yalçın Əliyev: "Onunla rəsmi müqavilə bağlanacaq"



"Xəzər Lənkəran"ın yeni transferii, argentinalı mərkəz hücumçusu Lusiano Esteban Olquin artıq Azərbaycana gəlib.

Bu məlumatı Sportinfo.Az-a açıqlamasında Lənkəran klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.



Onun sözlərinə görə, Çinin I liqasında “Hohhot” klubundan gələn 188 sm boya malik 31 yaşlı futbolçu tibbi baxışdan keçəndən sonra onunla rəsmi müqavilə bağlanacaq: "Futbolçu bugün axşam saatlarında Azərbaycana gəldi. Uzun yol qət edib gəldiyindən belə qərara gəldik ki, bugünlük dincəlsin. Sabah tibbi baxışdan keçəcək. Əgər hər şey uğurlu alınsa və heç bir zədəsi aşkarlanmasa, onunla rəsmi müqavilə bağlanacaq. Müqavilənin neçə illik olacağını isə hələlik dəqiq deyə bilmərəm. Bu da sabah məlum olacaq".

Qeyd edək ki, rəsmi müqavilə bağlanandan sonra futbolçu "Xəzər Lənkəran"ın heyətində ilk məşqinə çıxacaq.
- See more at: http://sportinfo.az/?page=new&new=2319#sthash.ZidMjLHY.dpuf