8 Şubat 2013 Cuma

Rahid Əmirquliyev: "Başqa Çıxış Yolu Yoxdu"


“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev Topaz Premyer Liqasının 19-cu turunun “İnter”lə oyunu öncəsi fikirlərini açıqlayıb.
Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“İnter” çempionatın lideridi. Amma bu, qorxutmamalıdı. Biz bu rəqibi məğlub etməliyik. İlk altılıqdan kənar qalmamaq üçün başqa çıxış yolumuz yoxdu”.