7 Şubat 2013 Perşembe

Forvardımız Artıq Azərbaycanda...



"Xəzər Lənkəran"ın çoxdan gözlənilən Argentinalısı artıq Azərbaycandadır.



Caspianultras.com saytının əldə etdiyi ekzklyüziv məlumata görə komandamızın birbaşa müqavilə bağlamaq üçün dəvət etdiyi Argentinalı mərkəz hücumçusu Lusiano Esteban Olquin(azərkeşlərin nəzərinə çatdırırıq ki oyunçunun famılıyası Olgin kimi oxunur ve səsləndirilir) artıq Bakıdadır.Futbolçu 34 saatlıq səyahətindən sonra məskunlaşdığı oteldə istirahət edir.

Məlumatda həmçinin o da bildirilir ki,sabah tibbi müyinədən keçdikdən sonra futbolçu ilə birbaşa rəsmi müqavilə imzalanacaq.