7 Şubat 2013 Perşembe

“Xəzər Lənkəran” – “İnter” oyunu FİFA referisinə tapşırıldı



Topaz Premyer Liqasının XIX turunun oyunlarını idarə edəcək hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, ölkəmizin hər 3 FİFA referisi ilin ilk turunda təyinat alıb.


Turun mərkəzi oyunu olan “Xəzər Lənkəran” – “İnter” matçı bu adı yeni alan Rəhim Həsənova tapşırılıb. Digər prinsipial matç – “Qəbələ” – “Qarabağ” oyununda isə sabiq FİFA hakimi Vüsal Əliyev fit çalacaq.

11 fevral (bazar ertəsi)

16:00. “Xəzər Lənkəran” – “İnter”
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Zeynal Zeynalov, Ramil Diniyev
Lənkəran şəhər stadionu
Qeyd: Oyun İdman Azərbaycan Tv da Canlı Yayımlanacaq.

Digər Oyunlar


09 fevral (şənbə)

17:00. “Rəvan” – “Turan”
Hakimlər: Rauf Cabbarov, Elman Musayev, Ramiz Əsədov, Feyzulla Feyzullayev
Bayıl Arena stadionu

18:30. AZAL – “Simurq”
Hakimlər: Anar Salmanov, Namiq Hüseynov, Mübariz Haşımov, Ramiz Məhərrəmov
AZAL Arena stadionu

15:00. “Kəpəz” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Elvin Əsgərov
Dalğa Arena stadionu

10 fevral (bazar)

13:30. “Bakı” – “Sumqayıt”
Hakimlər: Elçin Məmmədov, Nahid Əliyev, Cavanşir Yusifov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Vüsal Əliyev, İlham Əliyev, Azər Əsgərov, Orxan Məmmədov
Qəbələ şəhər stadionu

Mənbə: pfl.az