8 Şubat 2013 Cuma

Müsahibələr......Oyunçular+Futbolular



Məşqçilərimizin Və Oyunçularımızın Vətənə qayıtdıqdan sonra müsahibələri...


***************************Məşqçilərin Müsahibələri***********************************
Karles Bakes:
-"Düşərgədə hər şey yaxşı idi. Bizim çox yaxşı təlim-məşqlərimiz oldu. Ancaq təəssüf ki, biz bütün komandayla işləyə bilmədik".
"Bu həftə tam heyətlə işləmək imkanımız olacaq. Bundan başqa, demək olar ki, 4 həftə bundan öncə Antalyaya gələn “Xəzər Lənkəran”la hazırkı komanda arasında böyük fərq var. Bizim ard-arda oyunlarımız çox olurdu və matçlar ərzində biz oyunçu dəyişikliyi edə bilmirdik. Buna görə də futbolçular çox yorğun idilər. İndi bizim 18 futbolçumuz var və bu onlar arasındakı rəqabəti artırır. Bu, komanda üçün çox yaxşıdır".
"Yoldaşlıq oyunlarına gəldikdə isə deyə bilərəm ki, ilk üç oyun komandamızın fiziki vəziyyətini yaxşılaşdırmaq üçün keçirildi. Bu matçların nəticələri çox da vacib deyildi. Amma son iki matçı biz fərqli oynadıq, tam olaraq topa sahib ola bildik. Düşünürəm ki, bugün komanda kifayət qədər yaxşı vəziyyətdədir".
___________________________________________________________________________________
Erik Roketa:
-"Futbolçuların 3 həftəlik tətil boyu istirahət etməyə və zədələrini sağaltmağa kifayət qədər imkanları oldu. Ona görə də onlar bu hazırlıqlarda yaxşı çalışdılar".
"Son üç həftədə biz onlarin fiziki göstəricilərini və taktikalarını inkişaf etdirmək üçün çalışdıq. Bu, futbolçular üçün çox vacibdir. Çünki onlar növbəti 4 həftə ərzində çempionatın təsnifat mərhələsinin qalan oyunlarına çıxacaqlar və bundan sonra play-off matçları oynanılacaq. Mən onların fiziki hazırlıqlarını 100% kimi dəyərləndirə bilmərəm, amma bu rəqəm 70-80% ola bilər. Futbolçular düşərgədə ciddi şəkildə işlədilər. Son məşq kifayət qədər intensiv keçdi. Ümumiyyətlə, komandanın yaxşı vəziyyətdə olduğunu düşünürəm.
___________________________________________________________________________________
Hafiz Əliyev:
-"Bu, çempionat oyunlarında öz bəhrəsini verməlidi"
"Məşqlərdən razı qaldım. Ümumiyyətlə hər şey çox yüksək səviyyədə təşkil olunmuşdu".
"Uşaqlar fiziki cəhətdən kifayət qədər yükləndilər, təcrübələrini artırdılar və bu, sözsüz ki, qarşıdakı çempionat oyunlarında öz bəhrəsini verməlidi".

***************************Futbolçularımızın Müsahibələri*******************************
Kazım Kazımlı:
-" Hazırlığımız əla keçdi. Artım nəzərə çarpacaq səviyyədədi, bu hiss olunur. Düşünürəm, komandamız qarşıdakı oyunlarda ancaq qələbə qazanaraq öz mövqeyini altılıqda bərkidəcək".

_____________________________________________________________________________________
Adrian Pit:

“Qarşıdakı dörd oyun döyüş kimi olacaq”
- “Mən düşərgədəki məşq prosesindən razı qaldım. Ümid edirəm ki, biz “İnter”lə oyundan qalib ayrılaraq, play-off mərhələsindən öncəki digər üç matçda da qələbə qazanacağıq. Biz bu oyunlara tam hazıq olmalıyıq.Biz bu oyunların hər birində qələbə qazanmalıyıq və əlimizdən gələn hər şeyi etməliyik ki, play-off mərhələsinə vəsiqə qazanaq. Bu ,bizim üçün çox önəmlidir”.
_____________________________________________________________________________________
Orxan Sadıqlı:
- Toplanış bizim üçün çox vacib idi. Allahın köməkliyi ilə bunun xeyrini çempionat oyunlarında görərik. Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Toplanış ərzində keçirilən oyunlar yox, bizi əsas maraqlandıran çempionat matclarıdır ki, orada da özümüzü göstərəcəyik inşallah. Camaat bizi gözləyir, biz də onlar üçün darıxmışıq. İnşallah onlarla görüşəcəyik.
_____________________________________________________________________________________
Adrian Skarlatake:
- Mənim fikrimcə bu çox yaxşı təlim məşq toplanışı idi. İndi komanda daha yaxsi vəziyyətdədir və biz növbəti oyunlara hazırıq. Biz əlimizdən gələn hər şeyi edəcəyik ki, öz azarkeşlərimiz üçün play-off mərhələsinə vəsiqə qazanaq. Biz öz azarkeşlərimizə söz veririk ki, biz play-off öncəsi 4 oyunda qələbə qazanmaq üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik.
_____________________________________________________________________________________
Marin Orsuliç:
-"Çempionata hazırıq."Xəzər Lənkəran" böyük camiədi.Burada olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. “Xəzər Lənkəran” böyük camiədir. Mən görürəm ki, komanda günü gündən yaxşıya doğru gedir. Burada çox yaxşı oyunçular var."Düşərgə həqiqətən də mükəmməl idi. Bizim üçün şəraitin ən yaxşısı yaradılmışdı: yaxşı meydança, yaxşı otel, yaxşı məşqlər. Bizim hər gün iki dəfə keçirilən məşqlərimiz çox maraqlı idi. Təlim məşq toplanışı ərzində biz ciddi şəkildə işlədik. Düşünürəm ki, artıq çempionat oyunlarına hazırıq.
_____________________________________________________________________________________
Uğur Pamuk:
-"Klubun etdiyi transferlər uğurlu olar və öz bəhrəsini tezliklə verər.Toplanışdan çox razı qaldım. Zənnimcə, biz yaxşı hazırlıq keçdik.Ümid edirəm ki, klubun etdiyi transferlər uğurlu olar və öz bəhrəsini tezliklə verər. Əsas məqsədimiz çempionatın təsnifat mərhələsinin son dörd turunda qələbə qazanıb mübarizəni ilk "altılıqd"a davam etməkdi".
_____________________________________________________________________________________
Radomir Todorov:
-"Bu təlim-məşq toplanışında mənim məşqlərim daha çox bərpa xarakteri daşıyırdı. Tibbi korpus mənim zədədən bərpa olunmağım üçün əlindən gələn hər şeyi edir."Hələlik hər şey qaydasında gedir. Ümid edirəm ki, gələn həftə topla oynamağa və komandayla məşq etməyə başlayacağam. Düşünürəm ki, mənim komandaya kömək etmək üçün təxminən 10 gün hazırlığa ehtiyacım var"
_____________________________________________________________________________________
Elnur Allahverdiyev:
-"Komandamız toplanış müddəti ərzində yaxşı hazırlaşdı, bu prosesə ciddi yanaşıldı. Biz bilirdik ki, işimiz çətindir: həm altılığa düşmək üçün üzümüzə gələn 4 oyunda qələbə qazanmalıyıq, həm çempionluq uğrunda mübarizəni layiqincə aparmalıyıq. Ona görə də məsuliyətlə çalışırdıq. Futbolçuların hamısı əlindən gələni etdilər. Allah eləməsin, biz uğursuz nəticə göstərsək, bu nə komandaya nə də futbolçu kimi bizə yaraşar. Ona görə çox ciddi çalışdıq, məşqçinin bütün tapşırıqlarını yerinə yetirdik. İnşallah onun bəhrəsini çempionatda görəcəyik. Mən komanda yoldaşlarımın hamısına inanıram".
_____________________________________________________________________________________
Dimitrios Sialmas:
-"Azarkeşlər bizi gözləyir, biz də onlar üçün darıxmışıq.."Hesab edirəm ki, bu gün biz çempionata tam hazırıq. Toplanış ərzində keçirilən oyunlar yox, bizi əsas maraqlandıran çempionat matclarıdır ki, orada da özümüzü göstərəcəyik inşAllah. Camaat bizi gözləyir, biz də onlar üçün darıxmışıq. İnşAllah onlarla görüşəcəyik.
_____________________________________________________________________________________
Elnur Abdullayev:
 -"Əsas çempionatdır.Toplanış yüksək səviyyədə keçdi. Bu müddət ərzində yoldaşlıq oyunları keçirdik."Belə oyunların nəticələri o qədər də əhəmiyyət kəsb etmir. Yoldaşlıq oyunlarının məqsədi futbolçuların fiziki durumunu, taktiki gedişlərini müəyyən edib daha da yaxşılaşdırmaqdır. Əsas çempionatdır. Məqsədimiz də “İnter”lə oyuna hazırlaşmaqdır. İnşallah “İnter”lə oyundan qalib çıxarıq".
___________________________________________________________________________________
Roberto Alviz:
-"Fikrimcə, biz təlim məşq prosesini uğurla tamamladıq. Çünki bizim məşq zamani heç bir futbolçumuz zədələnmədi. Biz 5 oyun oynadıq və düşünürəm ki, biz çempionata hazırıq. Klub bir sıra yeni futbolçular transfer edib. İnanıram ki, onlar bizə kömək edəcəklər. Mən ümid edirəm ki, biz bu təlim məşq toplanışı ərzində öz keyfiyyətimizi artırdıq və düşərgənin nəticəsini şəxsən mən 5 balla qiymətləndirərdim.