8 Şubat 2013 Cuma

Andrey Mureşan: "O azarkeşlər qələbəyə layiqdir"


"Xəzər Lənkəran"ın sabiq futbolçusu Andrey Mureşanın Sportal.az saytına müsahibəsi


- İndi harada oyanyırsan?
- “Astra”da.

- “Xəzər Lənkəran”ı niyə tərk etdin?
- Mənim müqaviləm başa çatdı. Amma klub mənə müqavilə təklif etmədi. Bunu başa düşmədim. Mən də bundan sonra qayıtdım Rumıniyaya. İndi yeni klubumda hər şey yaxşı gedir.

- Sən yaxşı oyanyırdın. Nə oldu ki, komandadan ayrıldın?
Bilmirəm niyə məni göndərdilər. Hər şey qaydasında idi. Orada oynamaq xoşuma gəlirdi. Özümü çox yaxşı hiss edirdim orada. Mən qalmaq istəyirdim. Amma rəhbərlik məni istəmədi. Ona görə də ayıldım və özümə yeni klub tapdım.

- Yunis Hüseynov ilə münasibətin necə idi? Aranızda problem var idi?
- Bəlkə də onun xoşuna gəlmirdim. Amma mən öz oyunumdan razı idim. Yaxşı oyun nümayiş etirirdim. Yunis Hüseynovun niyə belə etdiyini deyə bilmərəm.

- İndi “Xəzər Lənkəran”la əlaqələrin var?
- Arada oyunlarını izləyirəm. Bir də Pitlə danışıram.

- Bu mövsüm “Xəzər Lənkəran”ın uğursuz çıxışından xəbərin var?
- Bəli, xəbərim var. “Xəzər Lənkəran” güclü komandadır. Amma bu mövsüm heç də yaxşı vəziyyətdə deyil. O komandanın azarkeşləri həmişə qələbəyə layiqdir. İnanıram ki, onlar bu il çempion olub, azarkeşləri sevindirəcəklər.