8 Şubat 2013 Cuma

“Xəzər Lənkəran”ın altıncı transferi – FOTO



“Xəzər Lənkəran” Topaz Premyer Liqasının qış fasiləsində sonuncu transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi argentinalı hücumçu Lusiano Esteban Olquinin keçidini rəsmiləşdirib.



1,5 illik müqavilə imzalanan 31 yaşlı legioner “İnter”lə bazar ertəsi keçiriləcək XIX turun oyununa qədər sifariş olunacaq.

Qeyd edək ki, bu, lənkəranlıların fasilədə 6-cı transferi olub. Argentinalıya qədər ispaniyalılar – qapıçı Toni Doblas, müdafiəçi Alvaro Silva, xorvatiyalı orta sahə oyunçusu Marin Orsuliç, millimizin yarımmüdafiəçisi Uğur Pamuk və türkiyəli hücumçu Gökhan Güləç müqavilə imzalanıb.