17 Şubat 2013 Pazar

Xəzərdən Bol Qollu Qələbə!


Bu gün Azərbaycan Premyer Liqasında XX tura yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, turun 2-ci günündə 3 qarşılaşma keçiriləcək. 



“Xəzər Lənkəran” - “Turan” qarşılaşmasında birincilər aşkar favoritdir. Bu il 2-ci oyununu da evdə keçirəcək cənub təmsilçisi debütdə “İnter”ə uduzmaqla, “altılıq” mübarizəsində işini bir qədər çətinləşdirdi. Bu mənada “Turan” üzərində qələbə çox vacibdir. “Bakı”nın 6-cı pilləyə yüksəlməsindən sonra Lənkərandakı oyundakı qələbənin dəyəri daha da artıb. İndi cənublular qələbə qazanmağa borcludur ki, paytaxt təmsilçisindən öndə qərarlaşsın.


Qeyd edək ki, dünən start götürən turun ilk günündə 3 matç baş tutub. “Qarabağ” “Sumqayıt”ı 3:0, “Bakı” AZAL-ı, “Rəvan” isə “Kəpəz”i eyni - 2:0 hesabı ilə məğlub edib.

17 fevral
16:00. “Xəzər Lənkəran” 3 –1 “Turan” QOLLAR: Elnur Abdulllayev, 4, Manuel Skarlatake, 42, Gökhan Güləc, 45+2, Sadio Tounkara, 84 - Salif Ballo, 45, Ender Günlü, 61
Hakimlər: Elçin Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Ömər Paşayev
Lənkəran. Şəhər mərkəzi stadionu
İlk dövrədəki oyun – 1:2
“Xəzər Lənkəran”: 25. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 10. Elnur Abdullayev, 11. Dmitrios Sialmas, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 24. Gökhan Güleç, 27. Manuel Skarlatake, 99. Marin Orsuliç
Ehtiyat oyunçular: 30. Antonio Doblas, 6. Robert Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Uğur Pamuk, 17. Kazım Kazımlı, 55. Ağabala Ramazanov
Baş məşqçi: Karles Bakes

“Turan”: 1. Kamal Bayramov (k), 26. Aleksandr Krustkeviç, 2. Dmitri Pospelov, 21. Elşad Manafov, 3. Anatoli Stukalov, 19. Asəf Qədiri, 25. Antonio Rukavina, 7. Azər Məmmədov, 10. Ender Günlü, 9. Murad Ağakişiyev, 11. Salif Ballo 
Ehtiyat oyunçular: 28. Andrey Popoviç, 6. Mikayıl Rəhimov, 4. Vüqar Bəybalayev, 14. Yaroslav Suxanov, 17. Fərmayıl Əliyev, 23. İrakli Beraia, 20. David Janelidze
Baş məşqçi: Əfqan Talıbov

DİGƏR OYUNLAR

15:00. “İnter” 2–1 “Qəbələ” 

Hakimlər: Anar Salmanov, Mübariz Haşımov, Namiq Hüseynov, Rauf Cabbarov
Bakı. “Şəfa” stadionu
İlk dövrədəki oyun – 0:1
17:00. “Simurq” 0–2 “Neftçi” 
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk dövrədəki oyun – 1:2