16 Şubat 2013 Cumartesi

Xəzər Lənkəran - Turan (Statistika)



“Xəzər Lənkəran” Premyer Liqanın XX turunda “Turan”ı qəbul edəcək.

 Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Lənkəranda baş tutacaq qarşılaşma rəqiblər arasında 19-cu matç olacaq. Bunadək komandalar 17 dəfə çempionat, 1 dəfə kubokda qarşılaşıb.

Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, “Xəzər Lənkəran” 12, “Turan” cəmi 2 qələbə qazanıb. Daha 4 matç isə heç-heçə başa çatıb. Bu matçlarda "Xəzər" 31 top vurub və 11-ni buraxıb.

Çempionatdakı 17 matçda isə 12 qələbə qazanan futbolçular 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmalardakı top fərqində cənublular 3 qat üstünlüyə malikdir – 30:10.

9-cu dəfə “Xəzər Lənkəran”ın meydanında baş tutan görüşlərdə aşkar favorit Lənkəran təmsilçisidi. 6 qələbə qazanan X-L 2 dəfə heç-heçə edib və heç vaxt uduzmayıb. Qonaqları 15 qolla məyus edən cənublular cəmi 2 dəfə qol üzüntüsü yaşayıb.

Oyun Sabah saat 16:00 da başlayacaq,
Qeyd Oyunu Canlı Saytımızda Yerləşən Xəzər Lənkəran Tv bölməsindən izləyə bilərsiz.(oyun heç bir tv kanalda göstərilməyəcək)