16 Şubat 2013 Cumartesi

Orxan Sadıqlı: "Hər bir qapıçı ilə mübarizə aparacaq gücdəyəm" MÜSAHİBƏ



"Xəzər Lənkəran"ın qapıçısı Orxan Sadıqlının
Sportal.az saytına müsahibəsi

- Toni Doblasın gəlişindən sonra ehtiyata düşəcəyini təxmin edirdin?
- Mənim üçün fərqi yoxdur komandaya kim gəlsin, kim oynasın. Əsas odur ki, “Xəzər Lənkəran” qələbə qazansın. Hər hansı qapıçı ilə mübarizə aparmaq mənim üçün problem deyil. Hələ kimin heyətə əsas olacağını indidən demək olmaz. Hələ qarşıda çox oyunlar var. Onlara daha da yaxşı hazırlaşmaq lazımdır. Mənim işim hər oyuna ciddi hazırlaşıb, lazım olduğum zaman meydana çıxıb komandama kömək etməkdir. 

- İspaniya La-Liqasından gəlmiş bir qolkiperlə mübrizə sənin üçün çətin olmayacaq?
- Yox, mən belə düşünmürəm. Heç də özümü kimdənsə zəif hesab etmirəm. Hər bir qapıçı ilə mübarizə aparacaq gücdəyəm.

- Fasilədən sonra ilk oyunda komanda zəif təsir bağışladı. Bunun səbəbi nə idi səncə?
- Yeni gələn futbolçular adaptasiya problemi yaşayır. “İnter”lə matçdada məncə məğlub olmağımızın səbəbi bu idi. Meydanda 5 yeni oyunçu var idi. 

- Yeni transferlər səncə komandaya gələcəkdə kömək edə biləcəklər?
- Onlar bura gəliblərsə, deməli komandaya kömək etməlidirlər. Düzdü, ilk oyundan onların səhvləri oldu. Amma bu hamıda ola bilər. Yavaş-yavaş yeni gılənlər də komandaya tam uyğunlaşacaqlar. Sadəcə bir az vaxt lazımdı.

- Çoxları Doblasın ilk oyunda buraxdığı səhvlərdən sonra “İnter”lə oyundan Orxan Sadıqlının qapıda olmasını daha məqsədəuyğun sayırdı...
- Bu məşqçinin qərarıdır. Mən nə desələr, onu da etməliyəm. Gələn oyunda mən qapıda ola bilərəm. Bu normaldır. 

- Qarşıdakı 3 oyundan nə gözləyirsən?
- Doğurdan bizim üçün çətin olacaq. Amma hər üç oyunda qələbəyə ümid edirik. Minumum 7 xal toplamalıyıq. Biz ilk “altılığ”da yer almalıyıq. Azarkeşlər də bizdən inciyiblər. Doğma meydanda uduzmuşuq. Əlbəttə ki, onlar haqlıdır. Evdə uduzmaq olmaz. Özüdə belə bi vəziyətdə. Yenə səfərdə məğlub olsaydıq, nəsə haqq qazandırmaq olardı. Çalişacağiq ki, play-off-da oynayaq. Əlimizdən gələni edəcəyik. Amma ora düşməsək də, artıq önümüzə baxmalıyıq. 

- Həmişə çempionluq üçün oyanyan komandanın ilk “altılığ”a düşə biməməsi nə deməkdir?
- Bu sadəcə faciə olar. Həm komanda üçün, həm də bizi sevən hər kəs üçün. Amma bu futboldur. Heç bir şeyi əvvəlcədən demək olmur.

Elsevər MƏMMƏDOV