17 Şubat 2013 Pazar

Karles Martorell: Bu 3 xal bizə özünəinam üçün vacib idi


“Turan”la qarşılaşma bizim üçün çox vacib di”. Apasport.az saytının məlumatına görə. Bu sözləri “Xəzər Lənkəran”ın baş məşqçisi Karles Martorell deyib.



İspaniyalı mütəxəssis Topaz Premyer liqasının XX turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb: “Ötən turun “İnter”lə oyununa konsentrasiya ola bilməmişdik. Bu dəfə isə ilk dəqiqələrdən matça konsentrasiya ilub erkən qollar vurduq. Lakin hər qoldan sonra komandamızda arxayınlıq yaranırdı. Bu da diqqətsizliyin yaranmasına və qol buraxılmasına səbb olurdu. Komandamız hesab 3:2 olanda başa düşdü ki, 3 xal əldən gedə bilər. Bundan sonra diqqəti artırıb 4-cü qolu vurduq. Bu 3 xal bizim üçün çox vacib idi. Xüsusilə də özünəinam üçün.Kamal Bayramova tezliklə zədəsini sağaltmağı arzulayıram”

Qeyd edək ki, “Xəzər Lənkəran” “Turan”kla qarşılaşmada qalib gəlib – 4:2.