Cənublulardan nümunəvi hərəkət
"Xəzər Lənkəran" Futbol Klubu bu gün Xocalı
soyqırımı qurbanlarını yad edib. Sportal.az xəbər verir ki, klubun
futbolçulardan və administrativ işçilərindən ibarət heyəti Ana Fəryadı heykəli
qarşısına əklil qoyaraq, bu qanlı faciənin 21-ci ildönümündə də Xocalı şəhidlərini
unutmadıqlarını ifadə edbilər.
Yerli məşqçilər legioner futbolçuları faciə haqında məlumatlandıraraq
onlara həmin hadisələrin təfərrüatlarını danışdılar.