"Xəzər Lənkəran"ın yeni idman direktoru Babək
Quliyevin Sportal.az saytına müsahibəsi
- Necə oldu ki. “Xəzər Lənkəran”a təyinat aldınız?
- Klubun prezidenti Mais Mənsimov məni dəvət etdi, görüşdük.
O, mənə klubda idman direktoru vəzifəsini təklif etdi. Mən də bu təklifi dəyərləndirdim.
Hal-hazırda komanda ilə birgəyəm, məşqdəyik.
- “Xəzər Lənkəran” demək olarki ilk “altılıq” şanslarını
itirib...
- Əvvəlcədən heç nə demək olmaz. Bu futboldur, hər şey ola
bilər. Amma, bizim taleyimiz başqa komandalardan asıldır. İlk “altılıq”
da olmasa, Azərbaycan kuboku var. Onu qazana bilərik. “Xəzər Lənkəran” köklü
bir komandadır. Əsas fikrimiz odur ki, komandanın gələn il 10 illiyidir.
Gələn ilə yaxşı hazırlaşıb, uğur qazanmaq fikrindəyik.
- Sizin klubdakı vəzifələriniz nədən ibarət olacaq?
- İdman direktoru vəzifəsi ondan ibarətdir ki, əsas, əvəzedici
və uşaq komandalarına cavabdeh olacam.
- Azarkeşlər komandadan inciyiblər. Onları klubla
barışdırmaq üçün nəsə düşnmüsünüz?
- Mart ayının 1-də möhtəşəm “Xəzər Lənkəran” azarkeşləri ilə
görüşüm olacaq. Onların da fikirləri təbii ki, bizim üçün önəmlidir. Bakıdakı
azarkeşlərlə də görüşümüz olacaq. Biz istəmərik ki, azarkeşlərimiz bu
durmumuzda bizi çətin vəziyyətdə qoysun.
Elsevər MƏMMƏDOV