4 Şubat 2013 Pazartesi

Rahid Əmirquliyev:"Biz çempionluğa oynayacağıq"



Dubayda təlim-məşq toplanışında olan yığmamızın və "Xəzər Lənkəran"ın oyunçusu Rahid Əmirquliyev "caspianultras.com" saytının əməkdaşı Zaur Həsənovun suallarını cavablandırıb.





-Komandamızın hazırlığı necə gedir?
-İndi millinin toplanışındayam. Klubumuzun hazırlığı barədə isə bunları deyə bilrəm ki,hazırlıq yaxşı gedirdi,gündə 2 dəfə məşq edirdik. 2 oyun məğlub olmağımıza baxmayaraq komanda yavaş- yavaş formalaşır. Bir də ki toplanışlardakı nəticə vacib deyil,ən əsası çempionata hazır olmaqdır. Fikirimcə çempiona oyunlarının başlanmasınadək komanda tam hazır olacaq.

-Komandadakı yeni transferlər barədə fikriniz?
-Dediyim kimi indi Türkiyədə deyiləm,ona görə də yeni transferlerin hamısı barədə fikrimi bildirə bilmərəm. Alvaro Silva yaxşı müdafiəçidir,bizə köməyi çox olacaq. Uğur Pamuk da yaxşı oyunçudur,bunu "Sumqayıt"da oynayanda sübut edib, yoxlama görüşlərində də özünü yaxşı tərəfdən göstərə bildi. Gökhan Güləç isə hələ ki öz oyununu tapa bilməyib fikrimcə. Yəqinki hələ komandaya uyğunlaşmayıb. Digərlərinin oyununu görməsəm də ümid edirəm ki komandamıza xeyirləri dəyəcək qarşıdakı oyunlarda.

-İlk oyunumuz çempionatın liderlərindən biri olan "İnter"lə olacaq.Oyun barədə nə deyə bilərsiniz?
-İnter"lə oyun bizim üçün ən vacib oyundur. Təlim-məşq toplanışlarından sonra ilk oyunlar həmişə cetin olur,ancaq biz özümüzə inanırıq və axırda qalib gələn tərəf biz olacağıq. Azərkeşlərdən xaişim budur ki,"İnter"lə oyunda bizə həmişəki kimi dəstək olsunlar. Onların dəstəyi bizə çox lazımdır.

-Komandamızın 6-liğa düşməsi nə dərəcədə real görünür?
-Biz inanırıq ki 6-lıqda olacağıq. Biz nəyinki 6-lıqda olacağıq,hətta çempionluğa da oynayacağıq.

-Yeni transferimiz Toni Doblas barədə nə deyə bilərsiniz?
-Mən o qapıçını görməmişəm,o haqda heş bir şey deye bilmərəm

-Daha hansı mövqelərə oyunçu gətrilməsini vacıb bilirsiniz?
-Fikirimcə biz hücum xəttini gücləndirməliyik,1-2 yaxşı hücumçuya ehtiyacımız var.

-Bildiyiniz kimi "Caspian Ultras" fan qrupumuz "2012-ci ilin ən yaxşı fan klubu" seçildi. Bəs siz necə qiymətləndirirsiniz azərkeşlərimizi?
-"Xəzər Lənkəran"ın həmişə çoxlu azərkeşi olub, indi də var. İstər "Caspian Ultras" olsun, istər digərləri-bizim azərkeşlərlərimiz həmişə bizimlədirlər,həm ev oyunlarında,həm də səfər. Səfər oyunlarında belə biz özümüzü evdəki kimi hiss edirik.
"Caspian Ultras" fan qrupunu bu münasibətlə təbrik edirəm. Mənim fikrimcə bu düz seçimdir. "Caspian Ultras" həqiqətən buna layiqdir.


-Təşəkkür edirik sizə bizə vaxt ayırdığınıza görə.
-Mən də təşəkkür edirəm.



Zaur Həsənov