1 Şubat 2013 Cuma

Komandaya Yeni Oyunçu qoşuldu FOTO+VİDEO


Antalya hazırlıqlarını yekunlaşdırmaq üzrə olan “Xəzər Lənkəran”ın düşərgəsinə daha bir legioner gəlib. Verilən xəbərə görə, hücum xəttini gücləndirməyə çalışan cənub komandamız qvatemalalı Henri Lopesi geri qaytardıqdan sonra daha bir mərkəzi amerikalını baxışa çağırıb.


Bu gün günorta saatlarında "ağ-yaşıllar"ın məskunlaşdığı otelə Kosta-Rikada oynamış futbolçu təşrif buyurub. 28 yaşlı Vilyam Filips Farleyin son klubu “Limon” olub.

Karyerası vətəninə bağlı olan Vilyam 2010-11 mövsümündə 3 klubda – “Munisipial” (1 oyun, 90 dəqiqə), “Barrio” (12 oyun, 806 dəqiqə, 4 qol, 1 sarı, 1 qırmızı) və “Deportivo”da (6 oyun, 180 dəqiqə, 1 sarı) oynayıb.

Hücumçu 2011-12 mövsümündə “Puntarenas” (3 oyun, 127 dəqiqə) və “Limon (3 oyun, 155 dəqiqə) çıxış edib. Filips ümumilikdə 10-u start heyətində olmaqla 25 oyun keçirib və 1358 dəqiqə meydanda olub.