2 Şubat 2013 Cumartesi

2 Məğlubiyyət,2 Heç-Heçə,1 Qələbə.


Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan komandamız bu gün beşinci və son yoxlama görüşünə çıxıb."Xəzər Lənkəran" Qazaxıstan "Jetisu"su (1:1), Ukrayna "Krivbass"ı (0:6), Rumıniya "Timişoara"sı (0:2), Moldova "Zimbru"sı (2:1) ardınca Bolqarıstanın “Eter” komandası ilə qarşılaşıb




Qeyd edək ki, “Eter” daha öncə Antalyada “Bakı” ilə heç-heçə edib (1:1) və AZAL-a 0:1 hesabı ilə uduzarkən oyun işıq dirəyinin aşması səbəbindən yarımçıq dayandırılıb.




19:00. “XƏZƏR LƏNKƏRAN” - “Eter” (Bolqarıstan) 1:1

“Xəzər Lənkəran”: Toni Doblas, Vanderson Skarduell, Elnur Allahverdiyev, Elnur Abdullayev. Alvaro Silva, Manuel Skarlatake, Roberto Alviz, Adrian Pit, Uğur Pamuk, Elnur Cəfərov. Dmitrios Sialmas


9-cu dəqiqə. Sialmas rəqib qapıçı ilə təkbətək qalsa da imkandan yararlana bilmədi.

15-ci dəqiqədə Bolqarıstan klubu hesabı açdı.

23-cü dəqiqədə komandamız 2-ci qolu buraxmağa yaxın idi. Lakin Alvaro Silva topu qapıdan çıxara bildi

28-ci dəqiqədə bolqarıstanlılar Sialmasın qarşısını kobudluqla alır. Cərimə meydnının qarşısından Pit təhlükəli zərbəsi endirir. Lakin top qapının üstündən keçir.

36-cı dəqiqədə isə Doblas hesabın artmasına əngəl oldu. O, iti bucaq altında vurulan zərbəni dəf etdi.

Komandamız 40-cı dəqiqə ardıcıl 2 künc zrbəsindən heç birindən yararlana bilmədi.

44-cü dəqiqədə Sialmasın zərbəsi dirəyə dəydi.

İlk hissə bitdi.

İkinci hissə başladı.

Bolqarıstanlılar meydanın mərkəzində Pitə qarşı kobud oynayırlar.

Orsuliç gözəl qol vurur. 49-cu dəqiqədə onun uzaqdan zərbəsi qapı tirinə dəyib toru silkələyir - 1:1.

56-cı dəqiqədə rəqib yerə yıxılan Alvizi vurdu. Bundan sonra futbolçular arasında qalmaqal düşdü. Amma ara tezliklə sakitləşdirildi.

Rəqibi kobudluqla saxlayan Orsuliç sarı vərəqə ilə cəzalandırıldı.

Manuel Skarlatake, Adrian Pit, Roberto Alviz, Dmitrios Sialmas meydandan çıxır. Onların əvəzinə Kamran Abdulzadə, Eder Bonfim, Kazım Kazımlı, Gökan Güləç daxil olur.

Bolqarıstanlılar Orsuliçi meydanın mərkəzində yıxırlar. Tibbi personalın müdaxiləsindən sonra xorvatiyalı ayağa qalxır.

Eder Bonfimin zərbəsi dirəkdən qayıdır.

Rəqib qapıçı Gökanın başla vurduğu zərbəsini çətinliklə qaytarır.

Saido rəqibi cərimə meydançası daxilində yerə yıxır. Hakimin təyin etdiyi penaltini qolkiper Orxan kornerə çıxarır.

“Xəzər Lənkəran” rəqibi əks-hücumda yaxalayır. Amma Vilyam Filips yaxın məsafədən çərçivəyə düşə bilməyib.

Oyun başa çatdı. Komandamız sonuncu görüşünü sülhlə başa vurdu.

caspianultras.com