“Şadam ki, qələbə qazandıq. Amma komanda birinci hissədə çox pis oynadı. Bunun nəticəsi idi ki, qol buraxdıq”. Bu sözləri Sportal.az-a açıqlamasında “Xəzər Lənkəran”a yeni idman-direktoru təyin olunmuş Babək Quliyev deyib.
“Komandada boşluqlar var. Biz bu boşluqları doldurmağa
çalışacağıq. Düzdü, biz qələbə qazandıq, amma bununla rahatlaşmaq olmaz. Kubok
2 oyundan ibarətdir. Hələ Lənkəranda da “Rəvan”la qarşılaşcağıq. Orda da qələbə
qazanmaq istəyirik. Gələn il bu klubun 10 illiyidir. Bu münasibətlə komandanı
yaxşı hazırlaşdırıb, uğur qazanmaq lazımdır. “Xəzər Lənkəran”ın adı var. Onun
adına uyğun nəticələr olmalıdır. Təkcə daxili çempionatla kifayətlənmək
olmaz. Avrokuboklarda nəticə göstərmək lazımdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.