18 Şubat 2013 Pazartesi

Ağasəlim Mircavadov: Heç-heçə nə XL, nə də Qəbələyə sərf edəcək



Futbol üzrə Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov Topaz Premyer Liqasının ilk altılığına düşməyə çalışan “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”nın şanslarını dəyərləndirib.
Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:

“Xəzər Lənkəran”ın “Qəbələ” ilə səfərdə oyunu var. Bu qarşılaşmada cənublulara hətta heç-heçə də sərf etmir. Heç “Qəbələ” üçün də heç-heçəni uğurlu nəticə saymaq olmaz. Başa düşürəm ki, bütün bu klublar iddialıdılar, avrokuboklara vəsiqə qazanmaq istəyirlər. Amma onu da başa düşmək lazımdı ki, altılıqda xal fərqi daha böyük olacaq. Yəni ilk altılığa düşmək hələ hər şeyin həlli demək deyil. Ona görə də klublar xal ehtiyatlarını yaxşılaşdırmaq haqda düşünməlidilər”.