18 Şubat 2013 Pazartesi

Ramazanov iddialı danışdı: "Qəbələ"dən üç xal alacağıq!"



"Oyunun ciddiyyətin anlayırdıq. Geriyə yol yox idi. Bizə ancaq üç xal lazım idi.

Şükürlər olsun ki, onu da qazandıq". Bu Barədə  "Rekord.az"a istinadən açıqlamasında "Xəzər Lənkəran"ın gənç hücumçusu Ağabala Ramazanov deyib.
Ramazanov qarşıdakı "Qəbələ" ilə oyun haqda da iddialı danışıb: "Altılıq" yolunda əsas rəqibimiz "Bakı"dı. Aramızda cəmi bir xal fərq var. Qarşıdan hər iki komanda üçün ağır oyun gəlir. Ancaq biz öz yolumuzu gedirik. İnşallah, "Qəbələ"dən lazımlı üç xalı qazanacağıq".