27 Ocak 2013 Pazar

Oyunçularımız Millinin Düşərgəsində...



Antalyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran”ın düşərgəsini 2 futbolçu tərk edib. Apasport.az saytının məlumatına görə, Rahid Əmirquliyevlə Kamran Abdullazadə Azərbaycan yığmalarına yollanıb.


Belə ki, cənub təmsilçisinin kapitanı əsas yığmamızın Dubaydakı hazırlığı üçün Türkiyə ilə vidalaşıb. Əmirquliyev yanvarın 29-dan millinin baş məşqçisi Berti Foqtsun sərəncamında olacaq.

Abdullazadə isə yenə də hazırlığını Antalyada davam etdirəcək. O, sadəcə “Xəzər Lənkəran”ın düşərgəsindən 21 yaşadək yığmamızın heyətinə gedib.

Qeyd edək ki, hər 2 millimiz təlim-məşq toplanışı zamanı yoxlama oyunları da keçirəcək.

apasport.az