“Xəzər Lənkəran”ın baş məçqçisi Karles Bakes Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın “Timisioara” klubuna qarşı keçirdikləri yoxlama oyununu (0:2) şərh edib.
Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Biz bu dəfə Ukrayna “Krivbass”ına qarşı keçirdiyimiz görüşlə (0:6) müqayisədə daha yaxşı oynadıq. Amma hələ də hücumçu və qapıçı çatışmazlığı hiss olunur. Bu gün bir neçə qol epizodu yaratdıq. Bu, yaxşıdı. Lakin onlardan yararlanmaq da lazımdı. Müdafiədə də çatışmazlıqlarımız var. Bu üzdən Rahid Əmirquliyevi müdafiədə oynatmalı oldum. Xorvatiyalı yeni qapıçı ilə bağlı qərar verməyə tələsmirik. O, yenicə gəlib. Biz hələ onu yoxlamalıyıq”.