Hazırda Antalyada təlim-məşq toplanışında olan komandamızın qapıçısı Orxan Sadıqlı sportal.az saytına müsahibə verib.Həmin müsahibəni sizlərə təqdim edirik
- İlk olaraq təlim məşq prosesi haqda danış.
- Şükür Allaha hər şey yaxşıdır.
Gün ərzində iki dəfə məşq edirik, oyunlarımız olur. Yoxlama oyunları keçirir ki, çempionata hazır olaq, səhvlərimizi görə bilək.
- Ancaq oyunlar elə də uğurlu keçmir.
- Bizə bu oyunlarda nəticə lazım deyil. Çempionatda uğurlu çıxış etmək lazımdır. Ona görə də hesaba önəm vermirik.
- Hesab çox şey demək deyil? Axı hesab, sərgilədiyiniz oyunun nəticəsidir. Nəticə pisdirsə, demək oyunda problem var.
- Burada bizə nəticə lazım deyil. Bu oyunlarda səhvlərimizi görüb, onun üzərində işləyirik ki, çempionatda bu səhvləri etməyək. Azərbaycanda belə hesab görən kimi, deyirlər bu komanda zəifdi. Ancaq əsas çempionatda uduzmamaqdı.
- Etiraf edək ki, çempionatın geridə qalanhissəsində “Xəzər Lənkəran”ın uğursuzluqları çox oldu, məşçi dəyişiklikləri, itirilən vacib xallar. Bəs indi komanda nə vəziyyətdədir? Dediyiniz kimi, bu il çempionatda uğur qazanacaq komanda görəcəyik?
- Bəli, “Xəzər Lənkəran”a yaraşmayan xallar itirdik. Məşqçi dəyişikliklərini rəhbərlik etdi, biz də hörmətlə yanaşırıq. Ancaq bizim əsas problemimiz oyunçularımızın az olması idi. Yunis müəllimin vaxtında hər oyuna eyni heyətlə çıxırdıq. Ancaq artıq kluba yeni oyunçular gələcək və daha da güclənəcəyik. Azərbaycan xalqı da əsl “Xəzər Lənkəran”ı görəcək.
- Hal hazırda klubda gedib-gələnlər kimlərdir?
- Bildiyiniz kimi, gedənlər Kamal Bayramov, Branimir Subaşıç və Akif oldu. Yeni gələnlər isə Uğur Pamuk və Gökhan Gülec.
- Bildiyimiz qədəri ilə komandaya yeni qapıçı da gətiriləcək. Bu sənə necə təsir edir?
- Mənə niyə təsir etsin ki?! Əksinə komandada tək olduğum üçün rəqabət yoxdur. İstəyirəm qapıçı gəlsin, rəqabət olsun. Tək məşq etməklə rəqabət olmur.
- Bəs düşünmürsənmi yeni gələcək qapıçı əsas heyətdə yerini ala bilər?
- Xeyr, heç vaxt belə bir şey düşünməmişəm. Kim güclüdür o olsun.
- Bəs baş məşqçi ilə münasibətin necədir? Razıdırmı, yoxsa iradları olur?
- Hər şey qaydasındadır. Münasibətimiz də çox yaxşıdır.
- Yunsi Hüseynovla Barkesin is rejimin müqayisə edərdin.
- Hər məşqçinin özünəməxsus taktikası var. Yunis müəlimlə Bareksin tamam fərqli taktikaları var.
- Yunis Hüseynovun çatışmaz cəhəti nə idi ki, onun vaxtında komanda eniş yaşadı? Ancaq gedişindən 2-3 gün sonra komanda elə ilk oyundaca tamam fərqli oyun nümayiş etdirdi?
- Komandada heç bir dəyişiklik yox idi, elə həmin heyət, həmin oyun idi. Sadəcə oyunumuzda stabillik yox idi. İnşallah bunu da aradan qaldırmağa çalışırıq.
- Stabillik olmamasının səbəbi nə idi?
- Oyunçuların az olması.
Röya Kərimli