30 Nisan 2013 Salı

“Xəzər Lənkəran”dan avrokuboklara doğru daha bir addım



Bu gün AFFA Lisenziyalaşdırma komissiyasının yığıncağı keçirilib.
Apasport.az saytının məlumatına görə, komitə “Xəzər Lənkəran”ın 2013/2014 mövsümü üçün avrokuboklarda iştirakla bağlı lisenziya verilməsi məsələsinə baxıb.

Nəticədə cənublulara müvafiq lisenziya verilib. Beləliklə UEFA-nın klub yarışlarında iştirakla bağlı “Xəzər Lənkəran” uyğun proseduru vaxtında həyata keçirib.

Qeyd edək ki, “Xəzər Lənkəran”ın avrokubolarda oynaması üçün ya “Neftçi” Azərbaycan çempionu olmalı, ya da “Xəzər Lənkəran” kuboku qazanmalıdır.

Mənbə: lankaranfc.com